Azərbaycandan İsveçrəyə çay ixracı bərpa edilib

Biznes
  • 04 aprel, 2023
  • 11:24
Azərbaycandan İsveçrəyə çay ixracı bərpa edilib

Bu ilin yanvar ayında Azərbaycan xaricdən 5,9 milyon ABŞ dolları dəyərində 1 min 105 ton qara çay alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Şri-Lankadan 4,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30,3 % çoxdur) 832 ton (+6,1 %), Rusiyadan 313 min ABŞ dolları dəyərində (+5,4 dəfə) 55,1 ton (+8 dəfə), Hindistandan 297,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 82,7 ton (+2,8 dəfə), Vyetnamdan 230 min ABŞ dolları dəyərində 102,4 ton (bir il əvvəl tədarük olmayıb), Keniyadan 116 min ABŞ dolları dəyərində 23,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Hesabat dövründə Azərbaycan 554,15 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 62 ton (+82,4 %) qara çay ixrac edib.

Ukraynaya 167 min ABŞ dolları dəyərində (+46,5 %) 20,5 ton (+37 %), Gürcüstana 133,3 min ABŞ dolları dəyərində (+8,1 %) 15 ton (-11,8 %), Səudiyyə Ərəbistanına 72,5 min ABŞ dolları dəyərində 6 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 57 min ABŞ dolları dəyərində 6,3 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 56,3 min ABŞ dolları dəyərində 7 ton (bir il əvvəl tədarük olmayıb) məhsul göndərilib.

Dörd il 9 aylıq fasilənin ardından İsveçrəyə (0,5 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük bərpa edilib.

44 - Tezliklə