Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı azalıb

Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı azalıb Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 296 min ton sement idxal edib.
Biznes
19 Noyabr , 2020 13:50
Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 296 min ton sement idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% azdır.

10 aylıq sement idxalının ümumi dəyəri 14,5 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 10,5 milyon ABŞ dolları dəyərində 23,8 min ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar (illik müqayisədə 20,6% az) və 96,4 min ton gips, anhidrit, gipsli bağlayıcılar (2% az) da idxal edib.

Son xəbərlər

Orphus sistemi