Azərbaycandan Gürcüstana sement ixracı 41 %-dək artıb
- 21 fevral, 2023
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 2,259 milyon ABŞ dolları dəyərində sement ixrac edilib.
“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40,8 % çoxdur.
Hesabat dövründə Azərbaycandan Gürcüstana ixrac edilən bu məhsulun həcmi isə illik müqayisədə 16,9 % azalaraq 37,377 min tona çatıb.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub. Bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.
Eyni dövrdə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.