Azərbaycandan Gürcüstana polipropilen satışı bərpa edilib

Biznes
  • 10 aprel, 2023
  • 07:52
Azərbaycandan Gürcüstana polipropilen satışı bərpa edilib

Bu ilin yanvar ayında Azərbaycan xaricə 9,65 milyon ABŞ dolları dəyərində 10 min 629 ton polipropilen (ilkin formalarda) satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,4 % azdır, kəmiyyət olaraq – 63 % çoxdur.

Türkiyəyə 5,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 dəfə çoxdur) 6 min 681 ton (+59 dəfə), Rusiyaya 4,1 milyon ABŞ dolları dəyərində (-54 %) 3 min 622 ton (-35 %), Gürcüstana 148,1 min ABŞ dolları dəyərində 202,5 ton və Özbəkistana 131,5 min ABŞ dolları dəyərində 123 ton (bir il əvvəl tədarük olmayıb) məhsul göndərilib.

Bir ilin tamamında Gürcüstana tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycana 1,2 milyon ABŞ dolları dəyərində (-41 %) 845 ton (-28 %) polipropilen idxal edilib.

Koreyadan 841,3 min ABŞ dolları dəyərində (-39 %) 582 ton (-21 %), Rusiyadan 173,2 min ABŞ dolları dəyərində 131,3 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanından 168,2 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 132 ton (+2,3 dəfə) və İrandan 0,04 min ABŞ dolları dəyərində (-99,9 %) 0,01 ton (-99,9 %) məhsul alınıb.

44 - Tezliklə