Azərbaycandan daha 5 ölkəyə ətir ixracına başlanılıb

Biznes
  • 07 mart, 2023
  • 09:38
Azərbaycandan daha 5 ölkəyə ətir ixracına başlanılıb

Ötən il Azərbaycana xaricdən 26,51 milyon ABŞ dolları dəyərində 1 min 362 ton ətir və tualet suyu gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 6,4 % çoxdur.

Fransadan 10,56 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,3 % çoxdur) 113,3 ton (+30 %), Rusiyadan 2,475 milyon ABŞ dolları dəyərində (-10 %) 204,1 ton (-27 %), İtaliyadan 2,66 milyon ABŞ dolları dəyərində (+25,5 %) 45,79 ton (+59 %), İspaniyadan 2,17 milyon ABŞ dolları dəyərində (+33,3 %) 42,4 ton (+20,2 %), Polşadan 1,57 milyon ABŞ dolları dəyərində (-45,6 %) 97,4 ton (-44,3 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan 3,3 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 33,3 ton (+81 %) ətir və tualet suyu ixrac edilib.

Birləşmiş Ərəb Əmirliklərinə 2,19 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 20,81 ton (+2,8 dəfə), Amerika Birləşmiş Ştatlarına 946 min ABŞ dolları dəyərində (+39 dəfə) 6,11 ton (+17,5 dəfə), Qırğızıstana 51 min ABŞ dolları dəyərində 1,33 ton (2 il 8 aydan sonra bərpa edilib), Küveytə 35,1 min ABŞ dolları dəyərində (+32 dəfə) 2,62 ton (+66 dəfə), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 17 min ABŞ dolları dəyərində (+9 dəfə) 0,09 ton (+3 dəfə) məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqa (0,12 min ABŞ dolları dəyərində 0,01 ton), Qazaxıstana (1,04 min ABŞ dolları dəyərində 0,28 ton), Latviyaya (0,72 min ABŞ dolları dəyərində 0,28 ton), Özbəkistana (11,23 min ABŞ dolları dəyərində 0,13 ton) və Türkmənistana (1,4 min ABŞ dolları dəyərində 0,7 ton) tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti