Azərbaycandan 7 ölkəyə şərab ixracı bərpa edilib
- 22 fevral, 2023
- 05:55
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci il ərzində Azərbaycan xaricə 5,566 milyon ABŞ dolları dəyərində 300,41 min dekalitr üzüm şərabı satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Azərbaycan Rusiyaya 4,65 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 % çoxdur) 271,4 min dekalitr (+25 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 243 min ABŞ dolları dəyərində (+2 dəfə) 2,62 min dekalitr (+83 %), Belarusa 194 min ABŞ dolları dəyərində (-28 %) 8,1 min dekalitr (-27 %), Çinə 66,5 min ABŞ dolları dəyərində (-83 %) 1,2 min dekalitr (-87 %), Rumıniyaya 52,33 min ABŞ dolları dəyərində 2,2 min dekalitr məhsul göndərib.
Azərbaycandan Almaniyaya (15,46 min ABŞ dolları dəyərində 1,1 min dekalitr), İspaniyaya (0,96 min ABŞ dolları dəyərində 0,01 min dekalitr), İsrailə (0,29 min ABŞ dolları dəyərində 0,01 min dekalitr), İsveçrəyə (0,18 min ABŞ dolları dəyərində 0,01 min dekalitr), Litvaya (0,01 min ABŞ dolları dəyərində 0,01 min dekalitr), Niderlanda (37,2 min ABŞ dolları dəyərində 0,54 min dekalitr) və Norveçə (23,22 min ABŞ dolları dəyərində 0,38 min dekalitr) ixrac bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanada və Rumıniyaya tədarük həyata keçirilib. Kanadaya 0,11 min ABŞ dolları dəyərində 0,01 min dekalitr şərab göndərilib.
Hesabat dövründə Azərbaycan 4,53 milyon ABŞ dolları dəyərində (+17 %) 56 min dekalitr (+19 %) üzüm şərabı idxal edib.
İtaliyadan 2,1 milyon ABŞ dolları dəyərində (+21 %) 22,3 min dekalitr (+38 %), Fransadan 1,2 milyon ABŞ dolları dəyərində (+17 %) 5,91 min dekalitr (-14 %), Gürcüstandan 528 min ABŞ dolları dəyərində (-20 %) 14,1 min dekalitr (-22 %), Rusiyadan 274 min ABŞ dolları dəyərində 6 min dekalitr (1 il 5 aydan sonra bərpa edilib), İspaniyadan 77,1 min ABŞ dolları dəyərində (-2,5 %) 1,14 min dekalitr (+14 %) məhsul alınıb.