Azərbaycandan 6 ölkəyə velosiped ixracı bərpa edilib

Biznes
  • 04 fevral, 2023
  • 09:18
Azərbaycandan 6 ölkəyə velosiped ixracı bərpa edilib

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 5,355 milyon ABŞ dolları dəyərində 141 min 953 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 47 % azdır.

Çindən 4,556 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 55,4 % azdır) 137 min 807 ədəd (-49 %), Rusiyadan 375,11 min ABŞ dolları dəyərində (+4,7 dəfə) 2 min 345 ədəd (+7,8 dəfə), Türkiyədən 89,52 min ABŞ dolları dəyərində (+89 %) 476 ədəd (+3 dəfə), Almaniyadan 77,52 min ABŞ dolları dəyərində (-11 %) 306 ədəd (-8 %), Belarusdan 62,2 min ABŞ dolları dəyərində 363 ədəd (2 il 10 aydan sonra tədarük bərpa edilib) məhsul idxal edilib.

Hesabat dövründə Azərbaycandan 16,46 min ABŞ dolları dəyərində (-42 %) 135 ədəd (-51 %) velosiped ixrac edilib.

Gürcüstana 7,66 min ABŞ dolları dəyərində 39 ədəd, Böyük Britaniyaya 3 min ABŞ dolları dəyərində (-75 %) 32 ədəd (-73 %), Türkiyəyə 0,67 min ABŞ dolları dəyərində (-52 %) 5 ədəd (-75 %), Sinqapura 0,6 min ABŞ dolları dəyərində (-83 %) 6 ədəd (+6 dəfə), Bolqarıstana 0,6 min ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb) məhsul göndərilib.

Beş il 8 ayın tamamında Özbəkistana, 2 il 7 aydan sonra Belçikaya, 2 il 3 aylıq fasilənin ardından Gürcüstana, 2 il 2 aylıq aradan sonra Norveçə, 2 il 1 ayın tamamında Rusiyaya və 1 il 4 aydan sonra Anqolaya tədarük bərpa edilib. Özbəkistan 0,1 min ABŞ dolları dəyərində 2 ədəd, Belçika 0,2 min ABŞ dolları dəyərində 2 ədəd, Norveç 0,12 min ABŞ dolları dəyərində 2 ədəd, Rusiya 0,28 min ABŞ dolları dəyərində 5 ədəd və Anqola 0,3 min ABŞ dolları dəyərində 3 ədəd velosiped alıb.

44 filmi