Azərbaycandan 3 ölkəyə ketçup ixracı bərpa edilib

Biznes
  • 09 yanvar, 2023
  • 05:43
Azərbaycandan 3 ölkəyə ketçup ixracı bərpa edilib

2022-ci ilin ilk 10 ayında Azərbaycan 3,1 milyon ABŞ dolları dəyərində 2 min 061 ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,4 %, kəmiyyət olaraq – 1,1 % çoxdur.

Rusiyadan 1,832 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəridən 28 % çoxdur) 1 min 147 ton (+1,2 %), Türkiyədən 686 min ABŞ dolları dəyərində (+15 %) 511,27 ton (+11,3 %), Almaniyadan 171,26 min ABŞ dolları dəyərində (+43 dəfə) 86,73 ton (+76 dəfə), Qazaxıstandan 139,47 min ABŞ dolları dəyərində (+15 %) 133,63 ton (+4 %), Bolqarıstandan 65,74 min ABŞ dolları dəyərində (+3,1 %) 58,85 ton (-6 dəfə) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 88,99 min ABŞ dolları dəyərində (+7,2 %) 60,56 ton (+13 %) ketçup ixrac edib.

Gürcüstana 79 min ABŞ dolları dəyərində (+36,2 %) 52,59 ton (+26,2 %), Belarusa 6,41 min ABŞ dolları dəyərində 4,85 ton, Rusiyaya 2,64 min ABŞ dolları dəyərində 2,88 ton (bir il əvvəl tədarük olmayıb), Qətərə 0,62 min ABŞ dolları dəyərində 0,14 ton və Ukraynaya 0,29 min ABŞ dolları dəyərində 0,1 ton ketçup satılıb.

Beş il 2 aydan sonra Qətərə, 2 ilin tamamında Ukraynaya və 1 il 5 aylıq fasilənin ardından Belarusa tədarük bərpa edilib.