Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb

Biznes
  • 12 noyabr, 2026
  • 15:21
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur.

Bu il noyabrın 1-nə qədər ölkədə 117 553 ədəd NKA quraşdırılıb.

"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.

44 filmi