Bu il Azərbaycanda yaradılan müəssisələrin sayı açıqlanıb

Bu il Azərbaycanda yaradılan müəssisələrin sayı açıqlanıb İlin ilk yarısında ölkənin vergi orqanlarında 37 468 fiziki şəxs qeydiyyatdan keçib
Biznes
21 İyul , 2015 16:02
Bu il Azərbaycanda yaradılan müəssisələrin sayı açıqlanıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 3 364 müəssisə yaradılıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, yeni müəssisələrin 51,8%-i Bakıda, 13,9%-i Lənkəran, 12,2%-i Aran, 6,6%-i Abşeron, 6,3%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, bu ilin yanvar-iyun aylarında ölkənin vergi orqanlarında 37 468 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi