Azərbaycanda xüsusi Arbitraj Məhkəməsi yaradılacaq

Azərbaycanda xüsusi Arbitraj Məhkəməsi yaradılacaq Bu məhkəmə Ələtdə yaradılacaq xüsusi iqtisadi zonada kommersiya və mülki məsələlərə baxacaq
Biznes
112
23 May , 2017 11:59
Azərbaycanda xüsusi Arbitraj Məhkəməsi yaradılacaq

Bakı. 23 may. REPORT.AZ/ Ələtdə xüsusi Arbitraj Məhkəməsinin (mərkəz) yaradılması təklif edilir.

"Report" xəbər verir ki, bu, Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı beynəlxalq məsləhətçi - "DP World" şirkəti (BƏƏ) tərəfindən hazırlanmış hesabatda qeyd edilib.

Təklifə görə, həmin mərkəz kommersiya və mülki məsələlərə baxılması ilə məşğul olacaq.

"Burada əsas götürülən hüquq tərəflərin müqavilə ilə seçdiyi istənilən ölkənin hüququ olacaq. Xüsusilə də Böyük Britaniya və Azərbaycan hüququ üstünlük təşkil edə bilər. Amma tərəflər istənilən hüquq seçməkdə sərbəstdir. Hakimlər isə yerli (İngiltərədə bu sahə üzrə ixtisaslaşmış yerli kadrlar), yaxud digər ölkələrdən dəvət olunanlar seçilə bilərlər", - deyə təklif irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi