Azərbaycanda və Türkmənistanda Ticarət Evlərinin açılması layihəsi üzrə ilk görüş keçirilib

Azərbaycanda və Türkmənistanda Ticarət Evlərinin açılması layihəsi üzrə ilk görüş keçirilib Görüş zamanı tərəflər Ticarət Evləri yaratmaq layihəsini həyata keçirmə imkanlarını nəzərdən keçirib, investisiya yatırmaq məsələlərini, ekspert imkanlarının mövcudluğunu və iki ölkənin bazarlarında məhsullara olan tələbatı müzakirə ediblər
Biznes
23 Aprel , 2021 21:15
Azərbaycanda və Türkmənistanda Ticarət Evlərinin açılması layihəsi üzrə ilk görüş keçirilib

Türkmənistan prezidentinin Bakıda Türkmənistan Ticarət Evinin və Aşqabadda Azərbaycan Ticarət Evinin açılması, ticarət dövriyyəsinin artırılması və müxtəlif profilli müştərək müəssisələrin yaradılması təşəbbüslərini həyata keçirmək məqsədilə aprelin 23-də bu ölkənin səfirliyinin təşkilati dəstəyi ilə video rabitə yolu ilə Türkmənistan Ticarət və Qeyri-İqtisadi Əlaqələr Nazirliyi, Ticarət və Sənaye Palatası, Sənayeçilər və Sahibkarlar Birliyinin nümayəndələri ilə “Maddox” qrupunun nümayəndələri arasında ilk görüş olub.

“Report” xəbər verir ki, görüş zamanı tərəflər Ticarət Evləri yaratmaq layihəsini həyata keçirmə imkanlarını nəzərdən keçirib, investisiya yatırmaq məsələlərini, ekspert imkanlarının mövcudluğunu və iki ölkənin bazarlarında məhsullara olan tələbatı müzakirə ediblər.

Görüş iştirakçıları malların, işlərin və xidmətlərin çeşidinin və nomenklaturasının genişləndirilməsi istiqamətlərini müəyyənləşdirmək üçün ticarət strukturunun imkanlarını da müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi