Azərbaycanda tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycanda tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Avropa standartı əsasında AZS EN 13501-1-2023 “Yanğın təhlükəsinə görə tikinti məmulatları və materi
Biznes
24 Oktyabr , 2023 11:05
Azərbaycanda tikinti sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Avropa standartı əsasında AZS EN 13501-1-2023 “Yanğın təhlükəsinə görə tikinti məmulatları və materiallarının təsnifatı. I hissə. Yanğın təhlükəsi sınaqlarının nəticələrinə görə tikinti məmulatlarının təsnifatı” və AZS EN ISO 11925-2:2023 “Tikinti materialları – yanğına qarşı davamlılıq sınaqları – alova birbaşa məruz qaldıqda alovlanma qabiliyyəti - Fəsil 2: Tək alov mənbəyi ilə sınaq” dövlət standartlarını qəbul edib.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu standartlar ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti konstruksiyalarında istifadə olunan məmulat və materiallar da daxil olmaqla, yanğın təhlükəsi üzrə tikinti məmulat və materiallarının təsnifat prinsiplərini müəyyən etmək məqsədilə müasir tələblərə uyğun yeni dövlət standartına tələbat əsasında hazırlanıb.

Yeni dövlət standartı “Texniki Komitədə (AZSTAND/TK 10)” müzakirəyə çıxarılıb və İnstitut onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Son xəbərlər

Orphus sistemi