Azərbaycanda tikinti materiallarının istehsalı 35 % artıb

Biznes
  • 16 mart, 2024
  • 05:59
Azərbaycanda tikinti materiallarının istehsalı 35 %  artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 173,9 milyon manat dəyərində tikinti materialları istehsal edilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,1 % çoxdur.

Hesabat dövründə tikinti şüşəsi istehsalı 30,3 % artaraq 1 milyon 760,4 min kv.metrə, tikinti kərpici istehsalı 3,7 % artaraq 84,4 min kubmetrə, sement klinkerləri 17 % artaraq 551 min tona, sement 29,8 % artaraq 546,7 min tona çatıb, əhəng istehsalı 56,7 % azalaraq 3,9 min tona, gips məmulatları istehsalı isə 5,9 % azalaraq 15,9 min tona enib.

Bu ilin martın 1-nə ölkədə 1 milyon 827,4 min kv.metr tikinti şüşəsi ehtiyatı, 1,8 min kubmetr tikinti kərpici ehtiyatı, 370,6 min ton sement klinkeri ehtiyatı, 60,8 min ton sement, 5,6 min ton əhəng ehtiyatı, 11,2 min ton gips məmulatları ehtiyatı yaranıb.

44 filmi