İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.
"Report" Agentliyə istinadən xəbər verir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 19-a çatıb.
“Startap” şəhadətnaməsi "GLOBAL İNNOVATİONS" MMC-nin onlayn ödəniş aqreqatoru və elektron ticarət üçün “
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: