Azərbaycanda “Standartlaşdırma haqqında” yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda “Standartlaşdırma haqqında” yeni qanun layihəsi hazırlanıb Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda “Standartlaşdırma haqqında” qanun layihəsi yenidən işlənib hazırlanıb. 
Biznes
14 Fevral , 2018 12:55
Azərbaycanda “Standartlaşdırma haqqında” yeni qanun layihəsi hazırlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda “Standartlaşdırma haqqında” qanun layihəsi yenidən işlənib hazırlanıb. 

"Report"un verdiyi xəbərə görə, sənəd bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıqməsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Sənədə əsasən, qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur. Amma onun müddəaları malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan məcburi uyğunluğun qiymətləndirilməsi məsələlərinə şamil edilmir. Bu qanun təhsil, dövlətin müdafiəsi, təhlükəsizliyi, insanların həyat və sağlamlığını, təhlükəsizliyi ilə bağlı məcburi standartlara da şamil edilmir.

Qanun layihəsinə əsasən, dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçiriləcək. Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan normativ hüquqi aktların, texniki reqlamentlərin tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanacaq. Milli standartlaşdırma proqramının forması, formalaşdırma prosedurları, onlarda dəyişikliklərin edilməsi qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.

Layihəyə əsasən, dövlət standartları “AZS” nişanı ilə nişanlanacaq.

Qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi