Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi təklif olunur

Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi təklif olunur Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi iş adamlarına əhəmiyyətli dəstək ola bilər.
Biznes
7 Oktyabr , 2024 11:53
Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi təklif olunur
Savaş Uzan

Azərbaycanda sahibkarlara yenidən ixrac təşviqinin ödənilməsi iş adamlarına əhəmiyyətli dəstək ola bilər.

"Report" xəbər verir ki, bunu "Azərsun Holdinq" MMC-nin Baş icraçı direktoru Savaş Uzan Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.

"Yaxın vaxtlara qədər qeyri-neft-qaz sektoruna aid məhsulların ixracının stimullaşdırılması məqsədilə malın dəyərinin 3-6 %-i qədər ixrac təşviqi ödənilib. Məbləğ az görünə bilər, lakin sahibkarlar üçün böyük puldur. Biz xarici bazarda rəqabətli olmaq istəyiriksə, bu kimi məsələlər nəzərə alınmalıdır. İxracatçılar xaricdə məhsullar satmaqla yanaşı, həm də ölkəyə valyuta gətirirlər", - deyə o qeyd edib.

Bununla yanaşı, biznes rəsmisi Azərbaycanda logistika subsidiyasının ödənilməsinə hazırlıq getdiyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi