Azərbaycanda sahibkarlara daha 7 milyon manat yardım göstərilib

Azərbaycanda sahibkarlara daha 7 milyon manat yardım göstərilib İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul
Biznes
585
24 Dekabr , 2020 11:45
Azərbaycanda sahibkarlara daha 7 milyon manat yardım göstərilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul etdiyi qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 8 657 muzdlu işçini əhatə edən 1 776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərib.

“Report” quruma istinadən xəbər verir ki, sahibkarlara ümumilikdə 1,447 milyon manat ödənilib.

Bundan başqa, Nazirlər Kabinetinin fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul etdiyi qərara əsasən, 3-cü mərhələ çərçivəsində yuxarıda qeyd olunan şəhər və rayonlarda 12 982 fərdi (mikro) sahibkara 5,992 milyon manat maliyyə dəstəyi göstərilib.

Beləliklə, sahibkarlara ümumi ödənişin məbləği 7,439 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi