Azərbaycanda saat zavodunun inşası üçün istiqraz buraxılacaq

Biznes
  • 19 iyul, 2023
  • 07:44
Azərbaycanda saat zavodunun inşası üçün istiqraz buraxılacaq

Azərbaycanda İsveçrə saatlarının satışı ilə məşğul olan VMF şirkəti ölkədə saat zavodu inşa etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin sahibi Vahid Mustafayev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə 2 milyon manat məbləğində istiqraz buraxılması nəzərdə tutulub. Emissiya təxminən 2 ay sonraya planlaşdırılır.

Xatırladaq ki, VMF-in 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları bu gün "Bakı Fond Birjası" QSC-də yerləşdirilib. Standard bazar seqmenti üzrə təklif olunan qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

44 filmi