Azərbaycanda Rusiyanın helikopterlərin təmiri və texniki xidmət mərkəzi yaradılıb

Azərbaycanda Rusiyanın helikopterlərin təmiri və texniki xidmət mərkəzi yaradılıb Azərbaycanda Rusiya investorlarının iştirakı ilə helikopterlərin təmiri və texniki xidmət mərkəzinin tikintisi başa çatıb.
Biznes
26 Aprel , 2022 15:42
Azərbaycanda Rusiyanın helikopterlərin təmiri və texniki xidmət mərkəzi yaradılıb

Azərbaycanda Rusiya investorlarının iştirakı ilə helikopterlərin təmiri və texniki xidmət mərkəzinin tikintisi başa çatıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev bildirib.

O deyib ki, mərkəz bu ilin üçüncü rübündə tam fəaliyyətə başlayacağı planlaşdırılır.

Qeyd edək ki, mərkəzin təməlqoyma mərasimi 2019-cu ildə dekabrın 9-da “Zabrat” aeroportunun ərazisində keçirilib. Bununla bağlı“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Helikopterləri” SC-nin baş direktoru Andrey Boginskiy tərəfindən müvafiq saziş imzalanıb.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterin təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.

Son xəbərlər

Orphus sistemi