Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb

Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb Azərbaycanda rəqəmsal əkiz sisteminin yaradılması ilə bağlı layihənin icrasına başlanılacaq
Biznes
17 May , 2024 13:29
Azərbaycanda Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb

Azərbaycanın Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyası üzərində işlər yekunlaşıb.

"Report " xəbər verir ki, İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, strategiyanın 60 təşəbbüsü və 9 əsas flaqmanı mövcuddur, biznes, özəl sektor, həmçinin hökuməti və cəmiyyəti əhatə edir.

O qeyd edib ki, Azərbaycanda rəqəmsal əkiz sisteminin yaradılması ilə bağlı layihənin icrasına başlanılacaq: “Bu layihə Azərbaycanda su sızması problemi ilə bağlı olacaq. Bu sistemi tətbiq etməklə məqsədimiz suyun sızması ilə bağlı problemi həll etməkdir”.

Son xəbərlər

Orphus sistemi