Azərbaycanda qida məhsulları ilə bağlı "GMO yoxdur" nişanı hazırlanır

Azərbaycanda qida məhsulları ilə bağlı "GMO yoxdur" nişanı hazırlanır Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hesabatında əks olunub
Biznes
3118
8 Yanvar , 2016 12:03
Azərbaycanda qida məhsulları ilə bağlı GMO yoxdur nişanı hazırlanır

Bakı. 8 yanvar. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Təbii bal. Texniki şərtlər” (AZS 849-2015) və “Qida məhsulları. “GMO yoxdur” nişanı ilə markalanma qaydaları. Əsas müddəalar” (AZS 855–2015) adlı standart layihələr hazırlayıb. "Report" xəbər verir ki, Dövlət Komitəsi bunu 2015-ci ildə görülən işlərə dair Hesabatında qeyd edib. 

Sənəddə deyilir ki, bununla yanaşı, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, markalanması və satışı. Rəhbəredici tələblər” (AZS 850-2015), “Brendi (Konyak). Ümumi texniki şərtlər” (AZS 851-2015), “Tünd alkoqollu içkilər. Ümumi texniki şərtlər” (AZS 852-2015), “Pasterizə və ultrapasterizə (UYT) edilmiş qaymaq. Ümumi texniki şərtlər” (AZS 286-2015) standart layihələri də hazırlanıb və hazırda ekspertiza mərhələsindədir.

Bundan başqa, müasir tələblərə uyğunlaşdırılması məqsədilə “Kəsmik. Ümumi texniki şərtlər” (AZS 089-2003), “Qatıq. Ümumi texniki şərtlər” (AZS 092-2003), “Xama. Ümumi texniki şərtlər” (AZS 121-2004) və “Halal məhsulların sertifikatlaşdırma qaydaları” (AZS 757-2014) dövlət standartlarına müvafiq dəyişikliklər edilib. 

Son xəbərlər

Orphus sistemi