Bu ilin ilk iki ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğuna “SOCAR Polymer” MMC başçılıq edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin mart sayında göstərilib.
Şirkət ilin iki ayı ərzində 20 mln. ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da ötən ilin müvafiq dövründə 49% çoxdur.
Siyahıda növbəti yerləri "MKT İstehsalat Kommersiya" MMC (19,5 mln. ABŞ dolları), "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (14,5 mln. ABŞ dolları), “STDC” MMC (11,2 mln.ABŞ dolları), "Land Lojistic" MMC (8,5 mln. ABŞ dolları), "P-Aqro" MMC (6,3 mln. ABŞ dolları), "Baku Steel Company"(5,7 mln. ABŞ dolları), "Natural Fruit" MMC (5,7 mln. ABŞ dolları),"Mingəçevir Tekstil" MMC (5 mln. ABŞ dolları), "Sun Food" MMC (4,9 mln. ABŞ dolları) tutur.
