Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 3 %-ə yaxın artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 3 %-ə yaxın artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Biznes
14 Mart , 2023 15:05
Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 3 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,5 % artıb.

2023-cü ilin yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8 %-i ərzaq məhsullarının, 5,4 %-i içkilər və tütün məmulatlarının, 14,8 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,6 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2023-cü ilin yanvar-fevral aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,6 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 %-ni təşkil edib.

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,3 %, fərdi sahibkarlar üzrə 3,8 %, bazar və yarmarkalarda 2,3 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manatlıq, o cümlədən 228 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 177,5 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər

Orphus sistemi