Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb Pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,1%
Biznes
502
13 Avqust , 2020 12:28
Azərbaycanda elektron ticarət dövriyyəsi 2 dəfə artıb
0 : 00
0 : 00

Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq, o cümlədən 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,1%, o cümlədən qeyri-ərzaq malları üzrə 7,5% azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,2 % artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 dəfə cox olub.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilin yanvar - iyul aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 21 362,9 97,9
o cümlədən:
ərzaq məhsulları 10 390,3 103,5
içkilər və tütün məmulatları 1 108,7 100,4
toxuculuq məhsulları, geyim və ayaqqabılar 3 013,1 79,0
elektrik malları və mebellər 1 157,7 91,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 162,1 94,0
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 383,3 138,2
avtomobil benzini və dizel yanacağı 1 151,9 99,7
digər qeyri-ərzaq malları 3 995,8 100,6

Bu ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6%-i ərzaq məhsullarının, 5,2%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1%-i ticarət müəssisələri, 50,5%-i fərdi sahibkarlar tərəfindən, 26,4%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 11,8%, fərdi sahibkarlar üzrə 0,4% artmış, bazar və yarmarkalarda isə 15,4% azalıb.

Cari ilin yanvar-iyul aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 306,4 manat və ya ötən ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 164,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.

Orphus sistemi