Azərbaycanda pambıq və tütün istehsalçıları güzəştli kreditləri daha aşağı faizlə alacaq

Azərbaycanda pambıq və tütün istehsalçıları güzəştli kreditləri daha aşağı faizlə alacaq Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu pambıq və tütün istehsalçılarına güzəştli kreditləri daha aşağı faizlə verəcək.
Biznes
18 Aprel , 2018 12:11
Azərbaycanda pambıq və tütün istehsalçıları güzəştli kreditləri daha aşağı faizlə alacaq
SKMF icraçı direktoru Şirzad Abdullayev / Report/ Elchin Murad

Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu pambıq və tütün istehsalçılarına güzəştli kreditləri daha aşağı faizlə verəcək.

"Report" xəbər verir ki, bunu Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

“Çalışırıq ki, bu sahələrdəki istehsalçılar kreditləri maksimum aşağı faiz dərəcəsi ilə alsın. Həmçinin süd emalı müəssisələrinə də güzəşli kreditlərin verilməsi nəzərdə tutulur", - deyə o, qeyd edib.

Bundan başqa, Ş.Abdullayev deyib ki, bu il Azərbaycanda 39 istehsal emal müəssisəsi istifadəyə verəcək: “Elə sahələr var ki, bununla idxalın qarşısını alacağıq və ixrac imkanları yaradacağıq”. 

Son xəbərlər

Orphus sistemi