Azərbaycanda ötən il sahibkarlara 500 mindən çox xidmət göstərilib

Azərbaycanda ötən il sahibkarlara 500 mindən çox xidmət göstərilib 2011-ci ildə Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 283 749 şəxs qəbul edilib, onlara 505 251 sayda xidmət göstərilib.
Biznes
8 Fevral , 2022 14:57
Azərbaycanda ötən il sahibkarlara 500 mindən çox xidmət göstərilib

2021-ci ildə Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 283 749 şəxs qəbul edilib, onlara 505 251 sayda xidmət göstərilib.

"Report" xəbər veritr ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bundan başqa, məlumata görə, ötən il 1 642 vergi ödəyicisinin iştirakı ilə 105 görüş keçirilib, 5 466 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərindən daxil olmuş 18,2 mindən artıq yazılı müraciət cavablandırılıb. Vergi ödəyicilərinə 7,2 milyondan çox sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 

Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilmiş 8 xidmət (şifahi xidmətlər istisna olmaqla) ümumi xidmətlərin 87,3%-ni təşkil edib. Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

  • Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

  • ASAN İmza sertifikatlarının verilməsi;

  • Vergi ödəyicisinə arayışların verilməsi;

  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi.

2021-ci ildə təqdim edilməli olan bəyannamələrin 97,4%-i elektron formada təqdim edilib.

Son xəbərlər

Orphus sistemi