Azərbaycanda ötən il sahibkarlara 10 milyon manat ixrac təşviqi ödənilib

Azərbaycanda ötən il sahibkarlara 10 milyon manat ixrac təşviqi ödənilib 2020-ci ildə Azərbaycanda 97 sahibkarlıq subyektinə 9,6 milyon manatdan çox ixrac təşviqi ödənilib.
Biznes
28 Yanvar , 2021 12:29
Azərbaycanda ötən il sahibkarlara 10 milyon manat ixrac təşviqi ödənilib

2020-ci ildə Azərbaycanda 97 sahibkarlıq subyektinə 9,6 milyon manatdan çox ixrac təşviqi ödənilib.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

"Made in Azerbaijan” brendinin təşviqi istiqamətində önəmli mexanizmlərdən olan “ixrac təşviqinin geri ödənilməsi” çərçivəsində ümumilikdə indiyə qədər 3 297 müraciət əsasında, 3 214 məktub-sərəncam verilib, 153 sahibkarlıq subyektinə 27 milyon manat ixrac təşviqi ödənilib", - deyə o, əlavə edib.

Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsinin AZPROMO-nun əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayan Y. Abdullayev bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər barədə də məlumat verib. O, bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə “Birbaşa xarici investisiyaların təşviqinə dair 2021-2025-ci illər üçün Strategiya” hazırlanır və strategiyada investorlara xüsusi fərdi xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi