Azərbaycanda ötən il dövlət dəstəyi ilə 7 daxili bazar araşdırması aparılıb

Azərbaycanda ötən il dövlət dəstəyi ilə 7 daxili bazar araşdırması aparılıb 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro, kiçik və orta biznes (KOB) subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırması aparılıb
Biznes
24 Fevral , 2021 12:00
Azərbaycanda ötən il dövlət dəstəyi ilə 7 daxili bazar araşdırması aparılıb

2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro, kiçik və orta biznes (KOB) subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırması aparılıb.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, 2021-ci ildə KOB-lardan daxil olan müraciətlər əsasında daxili bazar araşdırmalarının aparılmasına dövlət dəstəyinin davam etdirilməsi ilə yanaşı, KOBİA-nın təşəbbüsü ilə də daxili bazar araşdırmaları aparılacaq. Hazırda qida, kənd təsərrüfatı, xidmət, tekstil və s. sahələr üzrə daxili bazar araşdırmalarının aparılması istiqamətində müvafiq tədbirlər görülür. Agentliyin təşəbbüsü ilə həyata keçiriləcək daxili bazar araşdırmaları KOB subyektlərinin müraciəti əsasında aparılan bazar araşdırmasından fərqli olaraq fərdi deyil, bütün sahibkarların istifadəsi üçün nəzərdə tutulur və araşdırmaların nəticələri KOB subyektlərinin istifadəsi üçün KOBİA-nın saytında (www.smb.gov.az) yerləşdiriləcək.

KOB subyektləri daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını (http://bit.ly/3keYxo9) doldurmaqla Agentliyə birbaşa və ya [email protected] vasitəsilə elektron müraciət edə bilərlər. Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi və (012) 404 04 01.

KOBİA daxili bazar araşdırmalarının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə 2019-cu ildən etibarən dəstək göstərir. Ölkə prezidentinin 29 may 2019-cu il tarixli “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manata qədərdir.

Son xəbərlər

Orphus sistemi