Azərbaycanda "Mitsubishi Outlander" bahalaşıb

Azərbaycanda "Mitsubishi Outlander" bahalaşıb Avtosalon bu qiymətlərin yüksələcəyini bildirir
Biznes
9 May , 2015 16:53
Azərbaycanda Mitsubishi Outlander bahalaşıb

Bakı. 9 may. REPORT.AZ/ "Mitsubishi" avtomobil brendinin Azərbaycanda rəsmi dileri olan “Mitsubishi Azerbaijan" şirkəti avtosalonlarında bu ilki "Outlander" modelinin satış qiymətini artırıb. Əgər ilkin olaraq bu modelin qiymətinin 24 900 manatdan başlayacağı bildirilsə də, faktiki olaraq avtomobillət konplektasiyadan asılı olaraq 28 500-32 900 manata satılır.

“Mitsubishi Azerbaijan”dan “Report”a verilən məlumata görə, avtomobil satışa üç komplektasiyada çıxarılıb. Avtomobil yeni alətlər paneli ilə təchiz olunub. Bu panel yeni sükan çarxı və elektron idarəetmə orqanları, həmçinin məlumatların asan oxunmasını təmin edən geniş displeylə sürücünün diqqətinin bir yerə toplanması üçün hazırlanıb.

"Outlander"in 4-silindirli (2,4 litr) mühərriki yüngülləşdirilmiş alüminium bloka sahibdir: 167 at gücü sayəsində o, şəhərdə və şəhərdən kənardakı şoselərdə əla hərəkət xüsusiyyətlərini təmin edir. MIVEC texnologiyası sayəsində dönmələrdə və düz istiqamətdə hərəkət zamanı maksimal gücü reallaşdırmaq mümkündür.

Müasir və güclü V6 mühərriki MIVEC (3,0 litr) qaz bölgüsü fazalarının patentləşdirilmiş elektron idarəetmə mexanizmidir. Sürətyığma dinamikası 9,7 saniyəyə 100 km/saatadək göstərici ilə sürətli gediş həvəskarları üçündür.

Komplektasiyasından asılı olaraq, 2,4 litr həcmində mühərriki olan model 28 500-32 900 manata, 3 litrlik versiya isə 36 900 manata təklif olunur.

Qeyd edək ki, avtosalondan verilən məlumata görə, bu qiymətlərin artıq may-iyun aylarında artırılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi