Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin azalıb

Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin azalıb Bu ilin ilk 8 ayında ölkədə cəmi 30 ədəd minik avtomobili istehsal olunub
Biznes
16 Sentyabr , 2017 10:17
Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobil istehsal olunub. 

“Report” Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü 74,8% azdır.

Son 1 ildə yük avtomobillərinin istehsalı isə 98,9% azalaraq 4 ədədə düşüb. 

Hesabat dövründə ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalının ümumi dəyəri isə  169,4 mln. manat təşkil edib. Əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 32,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,7% artıb.

Səkkiz ay ərzində fəvvarə armaturunun istehsalı 91,6%, ştanqlı quyu nasoslarının istehsalı 11,2%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6%, traktorların istehsalı 50,3% artıb.

Son xəbərlər

Orphus sistemi