Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq Hazırda Agentliyin yaradılmasında hansı ölkənin modelinin nümunə seçiləcəyi müzakirə olunur
Biznes
104
20 Aprel , 2017 12:48
Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanda Mərkəzləşdirilmiş Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması üzrə müzakirələr davam edir. 

"Report" xəbər verir ki, bunu bugünkü brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, hazırda Agentliyin yaradılmasında hansı ölkənin modelinin nümunə kimi seçilməsi müzakirə mövzusudur: "Bu sahədə Polşa, Almaniya kimi bir sıra ölkələrin təcrübəsi var. İndi hansı ölkənin təcrübəsindən istifadə ilə bağlı müzakirələr aparılır. Hazırda bu işlə birbaşa müxtəlif dövlət qurumları məşğul olur. Amma mərkəzimiz də bu sahədə tədqiqatlarını davam etdirir".

Son xəbərlər

Orphus sistemi