Azərbaycanda kompüter istehsalı 2 dəfədən çox artıb

Biznes
  • 20 yanvar, 2024
  • 07:33
Azərbaycanda kompüter istehsalı 2 dəfədən çox artıb

2023-cü ildə Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 279,9 milyon manat təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 11,9 %, elektrik avadanlıqlarının istehsalı 16,2 % isə artıb.

Hesabat dövründə ölkədə 4 058 ədəd stolüstü kompüter (2,4 dəfə çox), 409,3 min ədəd ölçmə cihazı (2,2 dəfə çox), 760 ədəd güc transformatoru (25,4 % çox), 6 328 ədəd elektrik tənzimləyici cihaz (46,9 % az), 10 066,9 ton digər elektrik naqili (2,9 % az), 986 məişət soyuducusu və dondurucusu (48,6 % az) istehsal edilib.

Bu il yanvarın 1-nə, 12,5 min ədəd ölçmə cihazı, 1 295,5 ton digər elektrik naqili, 71 ədəd məişət soyuducusu və dondurucusu üzrə hazır məhsul ehtiyatı yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti