Azərbaycanda KOB-ların maliyyələşdirilməsi üçün yeni mexanizmlər yaradılacaq

Azərbaycanda KOB-ların maliyyələşdirilməsi üçün yeni mexanizmlər yaradılacaq Azərbaycanda uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək.
Biznes
22 İyul , 2022 12:22
Azərbaycanda KOB-ların maliyyələşdirilməsi üçün yeni mexanizmlər yaradılacaq
Prezident İlham Əliyev

Azərbaycanda uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.

"Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaqdır. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir", - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi