Azərbaycanda keyfiyyət infrastrukturu sahəsində "Milli Mükafat" təsis ediləcək

Azərbaycanda keyfiyyət infrastrukturu sahəsində "Milli Mükafat" təsis ediləcək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Biznes
5 May , 2022 12:17
Azərbaycanda keyfiyyət infrastrukturu sahəsində Milli Mükafat təsis ediləcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Memorandumda tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, metrologiya, akkreditasiya və ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin təşkili və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin, əməkdaşlıq çərçivəsində araşdırma və tədqiqatlar yolu ilə yeni texniki normativ sənədlərin işlənib hazırlanması, onların beynəlxalq standartlara və yerli tələbata uyğunlaşdırılması məsələləri də əksini tapıb. Keyfiyyət infrastrukturu sahəsinə marağın və məsuliyyətin artırılması məqsədilə keyfiyyət üzrə “Milli Mükafat”ın təsis edilməsi və qabaqcıl müəssisələrin mükafatlandırılması da sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi