Azərbaycanda keçmiş nazirin şirkəti nizamnamə kapitalını azaldır

Azərbaycanda keçmiş nazirin şirkəti nizamnamə kapitalını azaldır "Improtex Group" MMC-yə daxil olan "Improtex Motors" MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Biznes
126
10 İyun , 2021 14:07
Azərbaycanda keçmiş nazirin şirkəti nizamnamə kapitalını azaldır

"Improtex Group" MMC-yə daxil olan "Improtex Motors" MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Bununla belə, kommersiya qurumu 6 200 manat olan kapitalındakı azalmanın nə qədər olacağını açıqlamayıb.

Xatırladaq ki, "İmprotex Motors" 1997-ci ildə yaradılıb. Şirkət bir sıra məşhur avtomobil markalarının Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır. Onun daxil olduğu holdinq Azərbaycanın keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi