Azərbaycanda keçmiş deputatın şirkəti təşkilati-hüquqi formasını dəyişir

Azərbaycanda keçmiş deputatın şirkəti təşkilati-hüquqi formasını dəyişir “Azşuqar” 1997-ci ildə yaradılıb
Biznes
22 Fevral , 2021 17:48
Azərbaycanda keçmiş deputatın şirkəti təşkilati-hüquqi formasını dəyişir

“Azşuqar” Ticarət Şirkəti adını və təşkilati-hüquqi formasını dəyişərək "De Decco" MMC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, “Azşuqar” 1997-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi isə Milli Məclisin keçmiş üzvü, 5-ci çağırış deputat Əsabil Qarakişi oğlu Qasımovdur. O həm də Azərbaycana taxıl idxalı, un istehsalı ilə məşğul olan bir sıra müəssisələrin, o cümlədən "Karat Holdinq" MMC-nin sahibidir.

Son xəbərlər

Orphus sistemi