Azərbaycanda keçiriləcək nöbəti hərraclara 26 əmlak çıxarılıb

Azərbaycanda keçiriləcək nöbəti hərraclara 26 əmlak çıxarılıb İyulun 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca kiçik dövlət müəssisəsi və 9 nəqliyyat vasitəsi çıxarılıb.
Biznes
28 İyun , 2024 15:50
Azərbaycanda keçiriləcək nöbəti hərraclara 26 əmlak çıxarılıb

İyulun 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca kiçik dövlət müəssisəsi və 9 nəqliyyat vasitəsi çıxarılıb.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi "Bakı Beton Konstruksiyaları" MMC-nin ilkin satış qiyməti 7 milyon 609 min 376 manat təşkil edir. Müəssisənin ümumi faydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483 kvadratmetrdir.

Hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1990-2013-cü illəri əhatə edir.

Dövlət Xidməti iyulun 9-da keçiriləcək hərraca isə 16 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2008-2012-ci illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.

Son xəbərlər

Orphus sistemi