Azərbaycanda iyunda 6 mindən çox vergi qanun pozuntuları aşkarlanıb

Azərbaycanda iyunda 6 mindən çox vergi qanun pozuntuları aşkarlanıb 1 458 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu məlum olub
Biznes
6 İyul , 2015 13:37
Azərbaycanda iyunda 6 mindən çox vergi qanun pozuntuları aşkarlanıb

Bakı. 6 iyul. REPORT.AZ/ Cari ilin iyun ayı ərzində Azərbaycanda vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 6 119 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

"Report"un Vegilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, 1 458 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 271 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 1 080 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. 487 vergi ödəyicisi tərəfindən 772 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 372 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 87 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.


Son xəbərlər

Orphus sistemi