Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçıların tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 33,5 mlrd manat olmaqla 2019-cu ilin eyni dövrünә nisbәtәn müqayisәli qiymәtlәrlә 7,7% azalıb.
Byu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, qeyri-dövlәt sektorunun tәsәrrüfat subyektlәri tәrәfindәn satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri 2019-cu ilin yanvar-sentyabr ayları ilә müqayisәdә 7,4% azalaraq 32,3 mlrd manata bәrabәr olub, onun 49,6%-i fәrdi sahibkarların fәaliyyәti sayәsindә formalaşıb.
Hesabat dövründә istehlak bazarında bir istehlakçı orta hesabla ayda 373,5 manat vә ya 2019-cu ilin eyni dövrünün göstәricisindәn nominal ifadәdә 22,4 manat az vәsait xәrclәyib.