Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb Onun 47,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb
Biznes
17 Aprel , 2021 10:35
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 11,5 milyard manat təşkil edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,1 % azdır.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,2 % azalaraq 11,1 milyard manata bərabər olub, onun 47,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 383,7 manat və yaxud 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 2,4 manat az vəsait xərcləyib.

Son xəbərlər

Orphus sistemi