Azərbaycanda istehlak bazarı 3%-dən çox böyüyüb

Biznes
  • 18 dekabr, 2021
  • 08:42
Azərbaycanda istehlak bazarı 3%-dən çox böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 46 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,4 % artıb.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,2 % artaraq 44,3 milyard manata bərabər olub, onun 48,3 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 417,6 manat və ya 2020-ci ilin eyni dövrünə nisbətən nominal ifadədə 35,2 manat çox vəsait xərcləyib.