Azərbaycanda İndoneziya Ticarət Evinin açılması müzakirə olunub

Azərbaycanda İndoneziya Ticarət Evinin açılması müzakirə olunub İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sahibkarlar (İşəgötürənlər) Təşklatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və Baş katibin müavini Fuad Hümbətov arasında görüş keçirilib.
Biznes
3 Dekabr , 2021 11:17
Azərbaycanda İndoneziya Ticarət Evinin açılması müzakirə olunub

İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sahibkarlar (İşəgötürənlər) Təşklatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov və Baş katibin müavini Fuad Hümbətov arasında görüş keçirilib.

"Report" bu barədə Milli Konfederasiyaya istinadən xəbər verir.

Məlumata görə, V.Zeynalov ASK haqqında səfirə geniş məlumat verərək, əməkdaşlıq üçün öz təkliflərini irəli sürüb.

H.Hamid ölkəsindən Azərbaycana xam palma yağı və kokos yağının ixrac olunduğunu, eləcə də, Azərbaycandan İndoneziyaya neft və neft məhsullarının ixrac edildiyini bildirib. Səfir İndoneziyadan Azərbaycana ixrac olunan məhsullara yüksək gömrük rüsumu tətbiqinin ixrac əməliyyatlarına mənfi təsir göstərdiyini vurğulayıb.

Görüşdə iki ölkə sahibkarları arasında onlayn B2B görüşünün keçirilməsi, Azərbaycanda İndoneziya Ticarət Evinin açılması, səfirin 10-11 dekabr tarixlərində Sabirabad və Beyləqan rayonlarına səfərləri zamanı ASK-nın həmin rayonlardakı nümayəndələri ilə görüşü, ASK ilə İndoneziyanın müvafiq biznesə dəstək təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi