Azərbaycanda ictimai iaşə xidmətlərinin dövriyyəsi 6%-dən çox artıb

Azərbaycanda ictimai iaşə xidmətlərinin dövriyyəsi 6%-dən çox artıb Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2% artaraq 1 169,1 mln. manat olub.
Biznes
17 Noyabr , 2018 16:40
Azərbaycanda ictimai iaşə xidmətlərinin dövriyyəsi 6%-dən çox artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2% artaraq 1 169,1 mln. manat olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 57,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 489 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi