Azərbaycanda ictimai iaşə xidmətləri 43 % artıb

Biznes
  • 19 noyabr, 2022
  • 11:26
Azərbaycanda ictimai iaşə xidmətləri 43 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 216,3 milyon manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 42,3 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 %-i hüquqi şəxslərin, 50,2 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 38,7 % artaraq 601,4 milyon manat olub.