Azərbaycanda içki istehsalı 73 % artıb
- 14 avqust, 2023
- 13:10
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 45 milyon 353 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,5 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanda spirtli içki istehsalı 4 791,1 min dekalitr (1 il əvvələ nisbətən 21,5 % çox), o cümlədən araq istehsalı 733,5 min dekalitr (9,4 % çox), viski-konyak istehsalı 150,5 min dekalitr (8,9 dəfə çox), üzüm şərabı istehsalı 681,7 min dekalitr (60,7 % çox), pivə istehsalı 3 225,4 min dekalitr (13,9 % çox) təşkil edib.
7 ayda 26 milyon 404,9 min dekalitr (il ərzində 18,2 % artıb) spirtsiz içki, 14 milyon 157 min dekalitr (40,7 % artıb) şirinləşdirilməmiş sular istehsal edilib.
Bu ilin avqustun 1-nə, ölkədə spirtli içki ehtiyatı 1 420,2 min dekalitr, spirtsiz içki ehtiyatı isə 922,5 min dekalitr olub.