Azərbaycanda ötən il keçirilmiş dövlət satınalmalarının dəyəri açıqlanıb

Azərbaycanda ötən il keçirilmiş dövlət satınalmalarının dəyəri açıqlanıb Dövlət satınlamaları 2020-ci ildə 2019-cu illə müqayisədə 14,8 % artıb
Biznes
17 Fevral , 2021 13:16
Azərbaycanda ötən il keçirilmiş dövlət satınalmalarının dəyəri açıqlanıb

2020-ci ildə cəmi dövlət satınalmalarının həcmi 6 mlrd 567 mln manat, o cümlədən elektron satınalmaların həcmi 930 mln manat təşkil edib.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib.

Onun sözlərinə görə, dövlət satınalmaları 2020-ci ildə 2019-cu illə müqayisədə 14,8 % artıb: “Tender yolu ilə dövlət satınalmalarının payı 3,5 mlrd manat (artım 31,2 %) təşkil edib. Təkliflər sorğusuna əsasən, alış həcmi 1 mlrd 236,1 mln manat, açıq tenderlər üzrə - 1 mlrd 222,9 mln manat, kotirovkalar üzrə isə 111,5 mln manat təşkil edib”.

Son xəbərlər

Orphus sistemi