Azərbaycanda halal məhsulların sərgisi keçiriləcək

Biznes
  • 18 iyul, 2023
  • 12:11
Azərbaycanda halal məhsulların sərgisi keçiriləcək

Azərbaycanda gələn il halal məhsulların sərgisinin keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Bunu "Report"a açıqlamasında İslam Palatasının Halal Xidmətinin (ICHS) baş direktoru Aşraf El-Tanbuli (Ahraf ElTanbouly) deyib.

Onun sözlərinə görə, bu barədə müzakirələr Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə aparılıb.

Xatırladaq ki, dünən ICHS ilə ASK arasında memorandum imzalanıb. Sənəddə Azərbaycanda halal bazarın inkişaf etdirilməsi qeyd olunub.