Bakı. 2 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC bu ilin fevral ayı ərzində Azərbaycanın gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə neft və qeyri-neft məsulları üçün müvafiq ekspertizalar keçirib. “Report” Ekspertiza Mərkəzinə istinadən xəbər verir ki, ekspertizaların nəticələrini təsdiq edən 1 155 ədəd ekspertiza aktı tərtib olunub.
Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında taxıl və taxıl emalı məhsulları, meyvə-tərəvəz məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, ət və ət məhsulları, balıq və balıq emalı məhsulları, uşaq qidası məhsul qrupları üzrə 280 analiz aparılıb.