Azərbaycanda eyni şəxsə məxsus 4 şirkət ləğv olunur

Biznes
  • 04 noyabr, 2021
  • 08:03
Azərbaycanda eyni şəxsə məxsus 4 şirkət ləğv olunur

Azərbaycanda hüquqi ünvanı eyni olan 4 şirkət - "Uraf","Gemon", "Luserin" və "Niran" MMC-lər ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 51 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, bu şirklətlərin hamısı 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onlardan 3-nün nizamnamə kapitalı 10 manat, 1-nin - “Gemon"un nizamnamə kapitalı isə 2 manatdır. 4 şirkətin hamısının qanuni təmsilçisi Əli Allahverdi oğlu Əliyevdir.